...

Müxalifətçi deputatlar parlamentdə fraksiya yaratmaq niyyətindədir

Siyasət Materials 13 Dekabr 2005 16:02 (UTC +04:00)

"Parlamentdə təmsil olan müxalifətçi deputatlar farksiya formalaşdırmaq niyyətindədirlər". Trend xəbər verir ki, bu barədə Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, millət vəkili Qüdrət Həsənquliyev bildirib.

Q.Həsənquliyev bu istiqamətdə millət vəkilləri - Fazil Qəzənfəorğlu, İqbal Ağazadə, Aynur Camalqızı, Sabir Rüstəmxanlı ilə danışıqlar aparıldığını bildirib: "Daxili nizamnaməyə görə fraksiya yaratmaq üçün 25 deputat lazımdır. Ancaq həmin sayın 10-a endirilməsi ilə bağlı parlament rəhbərliyinə müraciət etmək fikrimiz var. Çünki parlamentdə müxalifətdən olan 25 deputatımız yoxdur".

Partiya sədri onu da bildirib ki, iclasların birində daha iki komissyanın yaradılması ilə bağlı təklif səsləndirəcək: "Bunlardan biri "Qarabağ", ikincisi isə "Avropaya inteqrasiya"ya dair komissiyadır".

Xəbər lenti

Xəbər lenti