Azərbaycan Dağlıq Qarabağ probleminin nizamlanması məsələsində hər hansı bir güzəştə getməyəcək. Trend in məlumatına görə, prezident belə bir bəyanatla Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) 60 illik mərasimində çıxış edib.
"Azərbaycan tarixinin təhrif olunmasına cəhdlər olur. Ermənilər Azərbaycanın təcavüzkar dövlət kimi qələmə verməyə çalışırlar. Heç kim üçün sirr deyil ki, ermənilər Azərbaycanın ayriılmaz hissəsi olan Dağlıq Qarabağa qonaq kimi gəliblər. Biz bunu bilirik. Lakin bu kifayət deyil. Biz tarixi həqiqəti dünya ictimaiyyətinin diqqətinə çatdırmalıyıq",- deyə dövlət başçısı bildirib və bu məsələdə AMEA-nın və bütün müvafiq orqanların xüsusi rola malik olduğunu qeyd edib.
Prezident həmçinin, qeyd edib ki, Azərbaycan tarixinin təhrif olunması faktlarının qarşısının alınması üçün alimlər humanitar sahəyə ciddi diqqət ayırmalıdırlar. İ.Əliyevin sözlərinə görə, bu məqsədlə bütün zəruri şərait yaradılacaq və vəsait ayrılacaq.