...

Müxalifət ATƏT-in Minsk qrupunun həmsədrləri ilə görüşmək istəyir

Siyasət Materials 28 Dekabr 2005 15:58 (UTC +04:00)

Dekabrın 28-də "Azadlıq" blokunun liderləri Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) qərargahında Milli Birlik Hərəkatının lideri və AMİP sədri ilə birgə toplantı keçirib. Bu barədə Trend ə AMİP-in mətbuat xidmətinin rəhbəri Əli Orucov bildirib.

Toplantıda Dağlıq Qarabağ problemi və ölkədəki ictimai-siyasi vəziyyət müzakirə edilib. Qərara alınıb ki, liderlər Bakıya səfər edəcək ATƏT-in Minsk qrupunun həmsədrləri ilə görüşsün. Ə.Orucovun bildirdiyinə görə, bununla bağlı liderlər tərəfindən hazırlanan məktub adıçəkilən ünvana göndəriləcək.

Toplantıda əlavə seçkilərdə iştirakla bağlı fikirlər də səslənib. Lakin bu məsələ ilə bağlı qərar qəbul edilməyib.

Xəbər lenti

Xəbər lenti