...

Azərbaycanın Rabitə nazirliyi yeni mobil operatorlarla müqavilələr imzalayıb

Siyasət Materials 11 Yanvar 2006 12:57 (UTC +04:00)

Rabitə və İnformasiya Texnologiyaları nazirliyi yeni mobil operatorlarla müqavilələr imzalayıb. Trend in xəbər verdiyi kimi, bu barədə jurnalistlərə rabitə naziri Əli Abbasov məlumat verib.

Nazirliyin dekabrın 28-də keçirilmiş kollegiyasının qərarı ilə Aztelekom BM (10%), Almaniyanın Siemens (30%) və iki Britaniya şirkətinin (60%) təsis etdiyi Azerphone BM (GSM operatoru) və Catel Azərbaycan-Amerika BM-ə (CDMA operatoru) mobil rabitə xidmətlərinin göstərilməsi üzrə lisenziya verilib.

Nazirin sözlərinə görə, hazırda texniki işlərə başlanılıb. "Yeni Azerphone GSM operatoru tərəfindən xidmətlərin göstərilməsi 6 aydan sonra planlaşdırılır", - deyə Ə.Abbasov qeyd edib.

O hesab edir ki, bazar şərtləri ilə yeni operatorlar tərəfindən təklif olunan xidmətlərin tarifi Azercell və Bakcell BM-in təklif etdiyi tariflərdən aşağı olmalıdır.

Siemens və Aztelekom arasında aparılmış müzakirələr zamanı 2 il ərzində $300 mln sərmayənin qoyulması planlaşdırılır. Aztelekom BM-in payına düşən sərmayənin bir hissəsini Siemens öz üzərinə götürəcək.

Layihənin əsas tələbi iki il ərzində Azərbaycanın bütün regionlarını mobil rabitə ilə təmin etməkdir.

Xəbər lenti

Xəbər lenti