...

Vilnüsdə Baltikyanı və Qara dəniz dövlətlərinin demokratiyası forumu keçiriləcək

Siyasət Materials 12 Yanvar 2006 15:11 (UTC +04:00)

Mayın 4-5-də Vilnüsdə (Litva) Baltikyanı və Qara dəniz dövlətlərinin demokratiyası forumunun keçirilməsi planlaşdırılır. Bu barədə Trend ə Azərbaycanın Xarici İşlər nazirliyindən xəbər verilib.

Forum qonşu ölkələrin demokratikləşməsi, onlar arasında əməkdaşlığın inkişafı proseslərinə və bu sahədə təcrübəyə həsr olunub. Bu məqsədlə 20-yə qədər ölkədən yüksək vəzifəli qonaqlar Vilnüsə dəvət olunub. Onlar arasında Latviya, Estoniya, Polşa, Ukrayna, Moldaviya, Bolqarıstan, Rumıniya, Almaniya, Cənubi Qafqaz və digər ölkələrin prezidentləri də var.

Sammitə hazırlıq məsələləri oktyabrda Litva prezidenti Valdas Adamkusun Bakıya qısamüddətli səfəri zamanı müzakirə olunub. Bundan başqa, həmin mövzu dekabrda Azərbaycan, Ermənistan, Gürcüstan, Litva, Latviya və Estoniyanın xarici işlər nazirlərinin Brüssel görüşündə müzakirəyə çıxarılıb.

Xəbər lenti

Xəbər lenti