...

Yanvarın 17-də məhkəmədə Ramil Səfərovu macarıstanlı vəkil Klara Fişer müdafiə edəcək

Siyasət Materials 13 Yanvar 2006 19:16 (UTC +04:00)

Yanvarın 17-də Budapeşt məhkəməsində Azərbaycanlı zabit Ramil Səfərova qarşı növbəti iş üzrə dinləmə keçiriləcək. Bu barədə Trend ə Macarıstanın Azərbaycandakı səfirliyində bildirilib.

İşə hakim xanım Tot Qyenqverin sədrliyi ilə keçirilən məhkəmədə baxılacaq. R.Səfərovun vəkili macar hüquqşünası Klara Fişer təyin edilib. Səfirlikdə bildirilib ki, ölkə qanunvericiliyinə əsasən, vəkil yalnız macarıstanlı hüquqşünaslar ola bilər. Buna görə də məhkəmə prosesində Azərbaycanlı hüquqşünasların iştirakı gözlənilmir. Bununla belə dinləmələrdə Azərbaycan səfirliyinin nümayəndələri də iştirak edəcək.

İlkin və dəqiqləşdirilməmiş məlumatlara görə, R.Səfərova qarşı ikinci iş 2004-cü ilin iyununda onunla nəzarətçilər arasında baş vermiş insidentlə bağlı qaldırılıb. Toqquşmaya səbəb isə R.Səfərovun nəzarətçilərin ona müraciət etdiyi macar dilini bilməməsi olub. R.Səfərov hakimiyyət nümayəndələrinə müqavimətdə ittiham edilir və buna görə o, 2 il müddətində azadlıqdan məhrum edilə bilər. Öz növbəsində, zabitin vəkilləri də məhkəməyə iddia ilə müraciət edib.

Xəbər lenti

Xəbər lenti