...

İlham Əliyev: Son vaxtlar Azərbaycan-Rusiya münasibətlərində böyük irəliləyiş müşahidə olunur

Siyasət Materials 24 Yanvar 2006 17:45 (UTC +04:00)

Son vaxtlar Azərbaycanla Rusiya arasındakı münasibətlərdə böyük irəliləyiş müşahidə olunub. Trend in İTAR-TASS agentliyinə istinadən yaydığı məlumata görə, bu barədə Azərbaycan prezidenti İlham Əliyev Rusiyanın müdafiə naziri Sergey İvanovu qəbul edərkən bildirib.

"Azərbaycanala Rusiya arasında qarşılıqlı münasibətlər mehriban qonşuluq və dostluq münasibətləri kimi xzarakterizə olunur və onlar dinamik inkişaf edir. Mal dövriyyəsində artım əldə olunub ", - deyə Azərbaycan dövlətinin başçısı bildirib.

İlham Əliyevin fikrincə, Azərbaycan-Rusiya əməkdaşlığı "digər ölkələr üçün də nümunə ola bilər". "Biz qarşılıqlı anlaşmanın səviyyəsindən razıyıq və gələcəkdə də bu əməkdaşlığı bütün sahələrdə, o cümlədən hərbi sahədə inkişaf etdirməyi nəzərdə tutmuşuq ", - deyə prezident bildirib.

İvanovun sözlərinə görə, Rusiyada Vladimir Putinin Azərbaycana səfərinə hazırlıq başlayıb. "Rusiya ilə Azərbaycan arasında siyasi, iqtisadi, mədəni, hərbi sahələrdə münasibətlər dinamik inkişaf edir ", - deyə Rusiyanın Müdafiə Nazirliyinin rəhbəri bildirib. O, Moskva ilə Bakının "hərbi və hərbi-texniki sahələrdə əməkdaşlığı möhkəmləndirməyə həvəsli" olduğunu xüsusi vurğulayıb. " Zaqafqaziyada, Xəzərdə və bütünlükdə regionda, eləcə də təəssüf ki, vəziyyətin hələ də sabitlikdən çox uzaq olduğu Yaxın Şərqdə təhlükəsizlik bizim ümumi yanaşmamızdan asılıdır ", - deyə rusiyalı nazir bildirib.

Xəbər lenti

Xəbər lenti