...

Gənclər Günü münasibəti ilə "Excelsior Otel"də Gənclər Forumu keçirilib

Siyasət Materials 1 Fevral 2006 13:14 (UTC +04:00)

Azərbaycanda Gənclər Günü ilə münasibəti ilə fevralın 1-də "Excelsior Otel"də Gənclər, İdman Nazirliyinin təşkilatçılığı ilə Gənclər Forumu keçirilib. Trend in məlumatına görə, tədbirdə nazirlər, millət vəkilləri, gənclər təşkilatlarının fəalları, tələbələr, həmçinin kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak ediblər.

Əvvəlcə Turizm və Mədəniyyət naziri (əvvəl gənclər, idman və turizm naziri) Əbülfəz Qarayev çıxış edib, son 10 ildə gənclərlə iş sahəsində görülən işlər barəsində danışıb. Sonra gənclər bağlı film-rolik nümayiş etdirilib. Kadrlarda 10 il əvəl keçirilmiş gənclər forumundan bəri ötən müddət ərzində ölkə gənclərinin müxtəlif sahələrdəki fəaliyyəti, uğurları barədə məlumatlar əksini tapıb.

Sonra ictimai-siyasi fəallığı ilə fərqlənən gənclər təşkilatlarının, ayrı-ayrı gənclərin mükafatlandırılma mərasimi olub. Gənclər Təşkilatları Milli Şurası, vətənpərvər yönümlü təşkilatilar və digər qurumları təmsil edən gənclərə mükafatlar təqdim edilib.

Forumun işində əmək və əhalinin sosial müdafiəsi naziri Əli Nağıyev, Azərbaycan Respublikası Həmkarlar İttifaqı Konfederasiyasının sədri

Səttar Mehbalıyev, gənclər, idman nazirinin səlahiyyətlərini icra edən Asif Əsgərov, ombudsman Elmira Süleymanova və digər dövlət nümayəndələri, deputatlar, QHT rəhbərləri də iştirak edib.

Xəbər lenti

Xəbər lenti