...

Əli Əhmədov: YAP dialoq məsələsini gündəmdə saxlayır

Siyasət Materials 1 Fevral 2006 14:24 (UTC +04:00)

Yeni Azərbaycan Partiyası (YAP) dialoqla bağlı məsələni hələ də gündəmdə saxlayır. Trend xəbər verir ki, bu barədə YAP-ın icra katibi, millət vəkili Əli Əhmədov bildirib.

Ə.Əhmədov qeyd edib ki, əgər YAP-ın opponentləri dialoqun qarşısını ala biləcək hər hansı bir şərtlər irəli sürməyəcəklərsə yaxın zamanlarda siyasi partiyalar arasında dialoq baş tuta bilər.

"Azadlıq" blokunun mətbuat xidmətindən isə bildiriblər ki, gündəmdə olan dialoqun ümumilli maraqlara xidmət edəcəyi şübhə altında olduğundan bu məsələyə səmimi yanaşmırlar. Digər partiyalardan Sosial Rifah, Ana Vətən, Vəhdət, ASDP, "Bizim Azərbaycan" blokuna, Məşvərət Məclisinə daxil olan partiyalar dialoqa hazır olduğunu və bunun siyasi partiyalar üçün əhəmiyyət kəsb etdiyi bildirilib.

Xəbər lenti

Xəbər lenti