Fevralın 3-də yetkinlik yaşına çatmayanlarla işləyən və YUNİSEF-in treninqlərindən keçmiş polis inspektorlarına sertifikatların verilməsi mərasimi keçiriləcək. Bu barədə Trend ə YUNİSEF-in Bakı ofisində bildirilib.
Treninqlər 2005-ci ilin noyabr-dekabr aylarında keçirilib.Treninqlər zamanı yeniyetmələrin ədliyyəsi sahəsində mövcud olan və Azərbaycanın da qoşulduğu beynəlxalq sənədlər barədə təxminən 100 polis inspektoruna bilgilər verilib.
Mərasimdə YUNİSEF-in Azərbaycandakı nümayəndəsi xanım Hanaa Singerin və Azərbaycanın daxili işlər nazirinin müavini Oruc Zalovun iştirakı planlaşdırılır.