...

ATƏT DTİHB-nin Azərbaycanda 6 noyabr parlament seçkilərinin yekunlarına dair məruzəsi açıqlanıb

Siyasət Materials 3 Fevral 2006 11:26 (UTC +04:00)

Trend in xəbər verdiyi kimi, ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun Azərbaycanda 6 noyabr parlament seçkilərinin yekunlarına dair məruzəsi açıqlanıb.

Sənəddə qeyd olunur ki, deputatlığa namizədlərin qeydiyyata alınması məsələsində irəliləyiş nəzərə çarpsa da, seçki kampaniyası zamanı yerli icra hakimiyyəti nümayəndələri tərəfindən müdaxilə halları da müşahidə olunub və ayrı-ayrı KİV-in yanlış mövqeyi bütün namizədlər üçün bərabər şəraitin yaradılmasına imkan verməyib. Bütövlükdə, səsvermə prosesi sakit keçsə də səslərin hesablanması zamanı vəziyyət pisləşib.

"Azərbaycan prezidenti tərəfindən iki sərəncamın imzalanmasına baxmayaraq, yerli idarəetmə orqanları bu sərəncamlardan irəli gələn tədbirləri həyata keçirə "bilməyib və bunu istəməyib"", - deyə məruzədə deyilir.

Sənəddə, həmçinin, Azərbaycanda seçkilərin keçirilməsi üzrə vəziyyətin yaxşılaşmasına gətirib çıxara bilən bir sıra tövsiyələr də öz əksini tapıb.

Xəbər lenti

Xəbər lenti