...

Əli Əliyev: Müsavatın qəbul etdiyi qərar müxalifət düşərgəsində gözlənilməz hadisə kimi qarşılanıb

Siyasət Materials 6 Fevral 2006 16:18 (UTC +04:00)

Əli Əliyevin rəhbərlik etdiyi Azərbaycan Milli İstiqlal Partiyası (AMİP) Aparatının toplantısında Müsavat Partiyasının 2006-cı il mayın 13-də parlamentə keçiriləcək təkrar seçkilərlə bağlı qərarı müzakirə ediləcək. Bu barədə Trend ə AMİP sədri Ə.Əliyev bildirib.

Ə.Əliyev qeyd edib ki, Müsavatın qəbul etdiyi məlum qərar müxalifət düşərgəsində gözlənilməz hadisə kimi qarşılanıb.

Ə.Əliyev onu da bildirib ki, Müsavatın məlum qərarı Əli Kərimlinin müxalifətin birliyi ilə bağlı onlara təqdim etdiyi layihəni sual altında qoyub: "Biz düşünürdük ki, Müsavat, ADP, AXCP, Milli Birlik Hərəkatı və AMİP-dən ibarət olan bir blok yaradaq. Ancaq görünür biz bu layihəyə yenidən baxmalı olacağıq".

Ə.Əliyev onu da bildirib ki, Müsavat təkrar seçkilərdə iştirak etməklə müxalifət düşərgəsində yeni siyasi vəziyyət yaratdığından və müttəfiqləri ilə fikirləri üst-üstə düşmədiyindən onlar vəziyyəti yenidən müzakirə edəcəklər: "Mənə elə gəlir ki, biz Müsavatsız fəaliyyət göstərəcəyik", - deyə Ə.Əliyev bildirib.

Xəbər lenti

Xəbər lenti