...

Ədliyyə Nazirliyi bu həftə Etibar Məmmədovun lideri olduğu AMİP-ə cavab verəcək

Siyasət Materials 7 Fevral 2006 17:10 (UTC +04:00)

Bu həftə Ədliyyə Nazirliyindən Etibar Məmmədovun liderlik etdiyi Azərbaycan Milli İstiqlal Partiyasına (AMİP) cavab veriləcək. Bu barədə Trend ə partiyanın sədr əvəzi Ayaz Rüstəmov məlumat verib. O bildirib ki, AMİP-in sonuncu qurultayının bütün sənədləri, həmçinin, ondan əvvəlki qərarlara dair sənədlər Ədliyyə Nazirliyinə təqdim olunub. Nazirliyə müraciətdə bildirilib ki, partiyada sədr dəyişikliyi olduğundan Nizamnamədə, möhür və digər sənədlərdə Əli Əliyevin adı ləğv edilməlidir.

Ayaz Rüstəmovun sözlərinə görə, bu həftə ərzində Ədliyyə Nazirliyi müraciətdə göstərilən tələbləri həyata keçirməlidir. O, həmçinin, qeyd edib ki, aprelin son ongünlüyündə keçiriləcək növbəti qurultayda AMİP-ə yeni sədr seçiləcək. Martın 1-dən partiyanın rayon təşkilatlarının konfransları başlayacaq, aprelin 15-də isə başa çatacaq. Bundan sonra Mərkəzi Şura çağırılacaq və qurultayın gününü təyin edəcək.

Xəbər lenti

Xəbər lenti