...

S.Seyidov: "Azərbaycanın Dağlıq Qarabağla bağlı mövqeləri güclənir

Siyasət Materials 8 Fevral 2006 17:28 (UTC +04:00)
S.Seyidov:  "Azərbaycanın Dağlıq Qarabağla bağlı mövqeləri güclənir

"Azərbaycanın Dağlıq Qarabağla bağlı mövqeləri getdikcə güclənir və bu sülh danışıqları prosesində müsbət nəticə verə bilər". Trend in məlumatına görə, bu fikirləri Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri, millət vəkili Səməd Seyidov Azərbaycan Demokratik islahatlar Partiyasının təşkil olunmuş konfransında səsləndirib.

O, "Dağlıq Qarabağ probleminin beynəlxalq aspektləri və münaqişənin həllindən sonrakı Qarabağ" mövzusunda keçirilən tədbirdə çıxış edərkən bildirib ki, beynəlxalq qurumların münaqişənin həllində məhz dünyada tətbiq olunmuş təcrübədən istifadə etməsi lazımdır.

S.Seyidovun sözlərinə görə, Avropa Şurasının Qarabağla bağlı mövqeyini və fəaliyyətini qənaətbəxş hesab etmək olar. Bu qurumda qəbul olunmuş qətnaməyə 46 dövlət imza ataraq Azərbaycan torpaqlarının işğal altında olduğunu təsdiqləyib.

S.Seyidov qeyd edib ki, ATƏT, Avropa Birliyi və digər beynəlxalq qurumlar Dağlıq Qarabağ probleminin həllinə yanaşmada Avropada qazanılmış təcrübədən istifadə etməlidir. "Azərbaycanın da mövqeyi məhz dünyada mövcud olan qanun qaydalara uyğun və konstruktivdir. Problemin həlli üçün Azərbaycan beynəlxalq qanun qaydaları, həm də öz daxilində tətbiq etməlidir, çünki xarici siyasət daxili siyasətin əksidir" - deyə S.Seyidov vurğulayıb.

Xəbər lenti

Xəbər lenti