...

Eldəniz Quliyev: "Maliyyə çətinliyim olmasa təkrar seçkilərdə iştirak edəcəm"

Siyasət Materials 9 Fevral 2006 13:52 (UTC +04:00)

"2006-cı il mayın 13-də parlamentə keçiriləcək təkrar seçkilərdə iştirak edə bilməyəcəyim maliyyə çətinliyi ilə bağlı ola bilər". Bu barədə Trend ə "Yeni Siyasət" seçki blokunun təsisçilərindən olan Azərbaycan Ziyalılar Hərəkatının lideri Eldəniz Quliyev bildirib.

E.Quliyev 17-ci Yasamal seçki dairəsindən namizədliyini vermək fikrində olduğunu qeyd edib: "Amma fikrim qəti deyil. Seçki təbliğatı üçün maliyyə mənbğəyi tapsam namizədliyimi verəcəm. Əgər bu dairədən təkrar seçkilərə qatılaramsa, onda bu dairədən millət vəkimli seçilən lakin mandatından imtina edən Milli Birlik Hərəkatının lideri Lalə Şövkətlə söhbət aparmalıyam". E.Quliyev bildirib ki, məqsədi L.Şövkətdən bir növ halallıq almaq olacaq.

E.Quliyev təmsil olduğu blokdan yalnız Millətçi Hərəkat Partiyasının sədri Samir Cəfərovun Binəqədidən, Yaqub Məmmədovun isə Gədəbəy rayonundan namizədliklərini verəcəklərini qeyd edib.

Xəbər lenti

Xəbər lenti