...

Azərbaycan Bələdiyyələri Milli Assosiasiyasının yaradılması üzrə işçi qrupun rəhbəri seçilib

Siyasət Materials 9 Fevral 2006 15:14 (UTC +04:00)

Gəncə şəhərinin Kəpəz bələdiyyəsinin rəhöəri Tahir Quliyev Azərbaycan Bələdiyyələrinin Milli Assosiasiyasının (ABMA) yaradılması üzrə işçi qrupun rəhbəri seçilib. Trend in məlumatına görə, bu barədə qərar fevralın 9 -da Bakıda işçi qrupun ikinci görüşünün yekun iclası zamanı qəbul edilib.

Səsvermənin yekunlarına görə, Gülnaz Salamova (Şəki bələdiyyəsi), Ramil Mustafayev (Bakı şəhəri Badamdar bələdiyyəsi) və Şəmistan Yusifov (Samux rayonu Sərkər qəsəbəsinin bələdiyyəsi) İşçi Qrupun sədrinin müavinləri seçiliblər. Yekun iclasda Azərbaycanın 35 bələdiyyəsinin nümayəndələri, eləcə də Avropa Şurasının ekspertləri və Azərbaycanın dövlət orqanlarının nümayəndələri seçiliblər.

Xəbər lenti

Xəbər lenti