...

MSK təkrar seçkinin müşahidəsi ilə bağlı apreldə xarici ölkələrə dəvət göndərəcək

Siyasət Materials 10 Fevral 2006 19:56 (UTC +04:00)

Azərbaycanın Mərkəzi Seçki Komissiyası (MSK) bu il 13 mayda keçiriləcək təkrar parlament seçkilərini müşahidə etmək üçün aprel ayında bir neçə xarici dövlətə müraciət göndərəcək. Bu barədə Trend ə Mərkəzi Seçki Komissiyasının (MSK) beynəlxalq əlaqələr şöbəsinin müdiri Rövzət Qasımov məlumat verib.

O, bildirib ki, MSK seçkilərin müşahidəsində iştirak üçün həmin dövlətlərin mərkəzi seçki komissiyalarına dəvət göndərəcək. R.Qasımovun sözlərinə görə, bu dövlətlər əsasən MSK-nın əməkdaşlıq etdiyi, qarşılıqlı şəkildə seçkilərin müşahidəsini apardığı ölkələr olacaq. Seçkilərin müşahidəsi üçün həmçinin Azərbaycanın Xarici İşlər Nazirliyi və Milli Məclisi də xarici dövlətlərin analoji dövlət strukturlarına dəvət göndərəcək.

R.Qasımov onu da deyib ki, martda Ukraynada keçiriləcək parlament seçkisini müşahidə etmək üçün həmin ölkədən MSK-ya dəvət gəlməsi gözlənilir. Çünki Azərbaycanla Ukraynanın MSK-ları arasında qarşılıqlı əməkdaşlığa dair saziş bağlanıb.

Xəbər lenti

Xəbər lenti