...

Azərbaycan neftinin bazarı: həftənin yekunları

Siyasət Materials 13 Fevral 2006 15:39 (UTC +04:00)
Azərbaycan neftinin bazarı: həftənin yekunları

6-10 fevral həftəsində Azərbaycanın Novorossiysk limanına satdığı URAL (EX-NOIO) neftinin orta hesabla qiyməti $54,74/bar. təşkil edib ki, bu da 30 yanvar - 3 fevral həftəsindəki orta qiymətdən $2,48/bar. azdır.

Trend bildirir ki, URAL neftinin bir barelinin maksimal qiyməti 6-10 fevral həftəsində $56,49 (6 fevral) təşkil edib ki, bu da 30 yanvar- 3 fevral həftəsində fevralın 1-də müəyyən edilmiş qiymətdən $2,21/bar. azdır. Minimal qiyməti isə $53,42 (10 fevral) təşkil edib ki, bu da bu da 30 yanvar- 3 fevral həftəsində fevralın 3-də müəyyən edilmiş qiymətdən $1,80/bar. azdır.

Brent (DTD) neftinin orta hesabla qiyməti 6-10 fevral həftəsində $61,14/bar. təşkil edib ki, bu da 30 yanvar -3 fevral həftəsindəki orta qiymətdən $3,03/bar. azdır.Ötən həftə Brent neftinin maksimal qiyməti $63,25 (6 fevral) təşkil edib ki, bu da 30 yanvar - 3 fevral həftəsindəki orta qiymətdən $2,36/bar. azdır, minimal qiyməti isə 6-10 fevral həftəsində $59,81 (10 fevral) təşkil edib ki, bu da 30 yanvar - 3 fevral həftəsindəki orta qiymətdən $2,38/bar. azdır.

Ötən həftə URAL (EX-NOIO) neftinin bir barelinin orta hesabla qiyməti Brent-ə nisbətən bir barel üçün $6,40 ucuz satılıb ki, bu da 30 yanvar- 3 fevral həftəsindəki orta göstəricidən $0,55/ bar. azdır.

URAL neftinin sıxlığı API üzrə 32 dərəcə, kükürdün tərkibi - 1,3% təşkil edir. DTD-nin sıxlığı API üzrə 38,3 dərəcə, kükürdün tərkibi - 0,36% təşkil edir.

Xəbər lenti

Xəbər lenti