...

Rusiya XİN ekspertləri Bakıya gələcək

Siyasət Materials 14 Fevral 2006 13:14 (UTC +04:00)

Rusiya Federasiyasının prezidenti Vladimir Putinin Azərbaycana səfərinin detallarının hazırlanması üçün bu həftə Rusiya XİN ekspertlərinin Bakıya səfəri planlaşdırılır. Bu barədə Trend ə Azərbaycanın Rusiyadakı səfirliyinin müşaviri Baxış Zeynalov məlumat verib.

V.Putinin səfəri fevralın 21-də baş tutacaq. Buna qədər isə RF-nin ekspertlər səviyyəsində işçi qrupu prezidentin iş qrafikini və sənədləri razılaşdıracaq. Xatırladaq ki, V.Putin ölkəmizə Azərbaycanda Rusiya ilinin açlışı ilə əlaqədar səfər edəcək. Bundan başqa ikitərəfli hökumətlərarası iqtisadi əməkdaşlıq komissiyasının növbəti iclası, biznes-forum və mədəniyyət tədbirləri də keçiriləcək.

Diplomatın sözlərinə görə, bu tədbirlərə hazırlıq məsələləri ilə Azərbaycanın Rusiyaya yeni təyin edilmiş səfiri, hazırda Bakıda olan Polad Bülbüloğlu məşğul olur.

B.Zeynalov bildirib ki, yaxın vaxtlarda səfir etimadnaməsini Rusiya prezidentinə təqdim edəcək. Rusiya prezidentinin protokol idarəsinin iş üsullarına əsasən, bir neçə ölkənin yeni təyin olunmuş səfirlərinin etimadnamələri toplanaraq bir yerdə dövlət başçısına təqdim olunur.

Bütövlükdə, Rusiya KİV P.Bülbüloğlunun səfir təyin olunmasına böyük maraq göstərir, bir çoxları ona zəng edərək görüş keçirməyi və müsahibə verməyi xahiş edir. Səfirin Azərbaycan və Rusiya arasında münasibətlərin gələcək perspektivlərilə bağlı planları hamını maraqlandırır.

Diplomatın sözlərinə görə, Rusiyanın Azərbaycana yeni səfirinin təyin olunması məsələsi əvvəllər olduğu kimi indi də aktualdır. Rusiya tərəfi bu məsələnin tezliklə həllində maraqlıdır, lakin hələlik rəsmi məlumat yoxdur.

Xəbər lenti

Xəbər lenti