...

Yaponiya hökuməti Azərbaycanda sosial sahədə layihənin gerçəkləşdirilməsi üçün $92,063 min ayırıb

Siyasət Materials 14 Fevral 2006 19:48 (UTC +04:00)

Yaponiya hökuməti Azərbaycanda sosial təyinatlı layihənin gerçəkləşdirilməsi üçün $92,063 min ayırıb. Bu barədə Trend ə səfirlikdə bildirilir.

Fevralın 15-də səfirlikdə Yaponiya hökumətinin "İnsan təhlükəsizliyi və ot kökləri" proqramı çərçivəsində imzalanacaq qrant sazişi İsmayıllı rayonunun Qalacıq kəndində yeni xəstəxananın inşasını nəzərdə tutur.Layihəni Azərbaycanın "Davamlı inkişafa doğru" QHT həyata keçirəcək.

Xatırladaq ki, "İnsan təhlükəsizliyi və ot kökləri" proqramı Azərbaycanda 2000-ci ildən həyata keçirilir. İndiyədək proqram çərçivəsində ümumi büdcəsi təxminən $4,7 mln.olan 74 layihə həyata keçirilib. Layihələr Azərbaycanda sosial sahələrin, xüsusilə təhsil, səhiyyə, infrastrukturun inikşafına yönəlib. Səfirliyin məlumatına görə, Azərbaycanın müstəqillik əldə etdiyi dövr ərzində Yaponiya hökuməti bu ölkəyə təxminən $693,6 mln. məbləğində yardım göstərib.

Xəbər lenti

Xəbər lenti