...

Akif Əlizadə: Geologiya İnstitutu Azərbaycanda texnogen aktivlik çərçivəsində iki layihə hazırlayıb

Siyasət Materials 15 Fevral 2006 15:30 (UTC +04:00)
Akif Əlizadə: Geologiya İnstitutu Azərbaycanda texnogen aktivlik çərçivəsində iki layihə hazırlayıb

Azərbaycan ərazilərinin texnogen aktivliyini, eləcə də, zəlzələlərin, torpaq sürüşmələrinin sayının artdığını və Xəzər dənizinin səviyyəsinin artmasını nəzərə alaraq, Azərbaycanın Elmlər Akademiyasının geologiya institutu 2 dövlət proqramı hazırlayıb. Trend in məlumatına görə, bu barədə, fevralın 15-də geologiya institutunun rəhbəri Akif Əlizadə mətbuat konfransında bəyan edib.

Onun sözlərinə görə, bu proqramlardan biri Cənubi-Xəzər dənizi çökəyində müasir geodinamik modelin yaradılması barədədir. "Proqram artıq Azərbaycanın Nazirlər Kabinetinə təqdim olunub", - deyə A.Əlizadə bildirib.

O, qeyd edib ki, model neft-qaz yataqlarının kəşfiyyatına yardım edəcək və karbohidrogen sahələrin istismarına daha elmi yanaşmaya yardım edəcək. "Azərbaycanın kəşfiyyat bloklarında azərbaycanlı mütəxəssislərin xarici şirkətlərlə birgə hazırladıqları seysmik profillər bu modelin hazırlanmasına kömək edib", - deyə institutun rəhbəri bildirib.

İkinci proqram Azərbaycanın paytaxtının mikroseysmik rayonlaşdırma xəritəsinin yaradılmasından ibarətdir. Proqram Bakının İcra hakimiyyətinin sifarişi ilə hazırlanıb və artıq baxılmaq üçün hökumətə təqdim olunub. "Hazırda Bakıda yeni binaların tikintisində çətinliklər smüşahidə olunur. Bu cür xəritə yeni tikililərin özüllərinin daha dəqiq və optimal qoyuluşuna yardım edəcək", -deyə o sonda bildirib.

Xəbər lenti

Xəbər lenti