...

Xocalı soyqırımı Ukraynanın Ali Radasında müzakirəyə çıxarıla bilər

Siyasət Materials 15 Fevral 2006 16:34 (UTC +04:00)

"Azərbaycan Yolu" Siyasi Hərəkatının sədri İlqar Qasımov Ukraynaya üçgünlük işgüzar səfəri zamanı Ali Radanın deputatları, seçki bloklarının liderləri, partiya sədrləri ilə görüşlər keçirib. Trend in məlumatına görə, bu barədə fevralın 15-də mətbuat konfransı keçirən İlqar Qasımov açıqlama verib.

Ukraynaya səfərinin yekunları barədə danışan İ.Qasımov bildirib ki, keçmiş baş nazir və prezidentliyə eks-namizəd Viktor Yanukoviçin rəhbərlik etdiyi Regionlar Partiyasının funksionerləri, Ali Radanın deputatı Taras Çernovol, Ukraynanın İsveçdəki keçmiş səfiri Leonid Kojar onunla görüşmək üçün Kiyevə gəliblər. İ.Qasımovun keçirdiyi bütün görüşlərdə Ukraynada yaşayan azərbaycanlılar, diaspor təşkilatlarımızın fəaliyyəti, eyni zamanda Dağlıq Qarabağ problemi barədə müzakirələr aparılıb. O, həmçinin "Pora" Vətəndaş Partiyasının və seçki blokunun liderlərindən biri Sergey Yevtuşenko və digər demokratlarla da görüşüb.

İlqar Qasımovun sözlərinə görə Ukrayna deputatları 1992-ci ildə erməni təcavüzkarları tərəfindən törədilən Xocalı faciəsi və Gürcüstanda yaşayan azərbaycanlıların vəziyyəti ilə bağlı məsələləri Ali Radada (parlamentdə) müzakirəyə çıxarılacağı barədə razılığa gəliblər.

Xəbər lenti

Xəbər lenti