...

Milli bank bankların fəaliyyəti ilə bağlı nəzarəti gücləndirib

Siyasət Materials 15 Fevral 2006 19:47 (UTC +04:00)
Milli bank bankların fəaliyyəti ilə bağlı nəzarəti gücləndirib

Azərbaycanın Milli bankı (AMB) Texnikabank və Debütbank-ın əmanətçilərinə bildirir ki, "Olimp-L" və "Buta" firmaları tərəfindən vergi qanunvericiliyinin pozulması ilə bağlı adıçəkilən banklarda vergi orqanlarının apardığı tədbirlər narahatlıq yaratmamalıdır.

AMB idarə heyətinin üzvü, kredit təşkilatlarının fəaliyyyətinə nəzarət Departamentinin rəhbəri Rüfət Aslanlı Trend ə bildirib ki, bu günlərdə həmin banklarda aparılan tədbirlər onların birbaşa bank və əməliyyat fəaliyyəti ilə bağlı deyil və bankın müştərisi olan adıçəkilən hüquqi şəxslərin sənədlərinin götürülməsi xarakteri daşıyır.

Mövcud qanunvericiliyə əsasən, vergi ödəmələrindən yayınma faktlarını araşdıran vergi orqanları tələb edir, yaxud təkcə banklardan yox, həm də digər strukturlardan sənədləri götürür.

2005-ci ilin yekunlarına həsr olunmuş müşavirədə ölkə prezidenti əlavə dəyər vergisi üzrə ödənişlərin yerinə yetirilməməsi ilə bağlı həm vergi, həm də hüquq-mühafizə orqanlarına tapşırıqlar verib. R.Aslanlının sözlərinə görə, prezident belə halların aradan qaldırılması və həm hüquqi, həm də vətəndaşlar arasında olan iştirakçıların müəyyən edilməsi ilə bağlı işlərin gücləndirilməsini tapşırıb. "Bununla bağlı olaraq bütün müvafiq orqanlar həm qabaqlayıcı tədbirlərin həyata keçirilməsi, həm də təqsiri olan şəxslərin məsuliyyətə cəlb olunması, eləcə də dövlət büdcəsinə vergi ödəmələrindən yayınmaların qarşısının alınması ilə bağlı işlərin aparılmasına yönəldilmiş xüsusi tədbirlər keçirir" -deyə o bildirib.

Təbiidir ki, bütün vergi ödəyiciləri bank hesabına malikdir və bu vasitə ilə onlar öz əməliyyatlarını həyata keçirir və bəzən vergi orqanları müəssisələrdə bu əməliyyatlarla bağlı alınmış informasiyanın bankdan götürülmüş informasyia ilə müqayisəsi təcrübəsinə üz tutur.

Milli bankın nümayəndəsi istisna etmir ki, bankın həmçinin sahibkarlıq fəaliyyəti ilə məşğul olan ayrı-ayrı əməkdaşları da vergi ödəmələrindən yayınma prosesinə cəlb oluna bilər. Bu faktlar araşdırılmalı və ayrı-ayrı şəxslərin yol verdiyi pozuntular bankın cari fəaliyyəti ilə əlaqələndirilməməlidir. "Məsələn, bu ilin əvvəlində məhkum olunmuş Rəsulov qardaşları 90-cı illərin ortalarında kommersiya bankının filiallarından birində sıravi əməkdaş kimi işləyirdi və bu qanun pozuntuları həmin bankın fəaliyyəti ilə bağlı deyildi" -deyə o qeyd edib.

AMB həmçinin öz tərəfindən vergilərdən yayınma ilə bağlı əməliyyatların qarşısının alınması və aşkar edilməsinə yönəldilmiş nəzarət tədbirləri həyata keçirir.

"Bank əməliyyatlarının müasir beynəlxalq standartlara müvafiq liberal rejiminə baxmayaraq biz müvafiq orqanlarla birgə mümkün qanun pozanların aşkar edilməsi və məsuliyyətə cəlb edilməsinə imkan verən həm hüquqi, həm də inzibati ehtiyatlara malikik" -deyə R.Aslanlı fikrini bitirib.

Xəbər lenti

Xəbər lenti