...

Parlamentin iqtisadi siyasət daimi komissiyasında 5 qanun layihəsi müzakirə edilib

Siyasət Materials 16 Fevral 2006 15:51 (UTC +04:00)

Milli Məclisin iqtisadi siyasət daimi komissiyasının bu gün keçirilən iclasında 5 qanun layihəsi müzakirəyə çıxarılıb. Trend xəbər verir ki, adıçəkilən komissiyanın sədri, millət vəkili Ziyad Səmədzadə qanun layihələri barədə komissiya üzvlərinə və qonaqlara məlumat verib.

Müzakirəyə təqdim olunan "Televiziya və radio yayımı haqqında" qanuna əlavə və dəyişikliklərin edilməsi, "Milli Bank haqqında" qanunun tətbiqi ilə əlaqədar bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi, "Respublikada pul dövriyyəsinin sabitləşdirmək tədbirləri haqqında" Milli Məclisin 1995-ci il 28 mart tarixli 24 saylı qərarının qüvvədən düşmüş hesab edilməsi barədə qanun layihəsi, Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə qanun layihəsi, Mülki Məcəlləyə əlavələr edilməsi barədə qanun layihələri barədə millət vəkilləri və mütəxəssislər öz fikirlərini bildiriblər.

Qərara alınıb ki, adıçəkilən qanun layihələri parlamentin yaz sessiyasının müzakirəsinə təqdim edilsin.

Xəbər lenti

Xəbər lenti