...

Azərbaycanın Qızıl Aypara Cəmiyyəti və BƏƏ əməkdaşlığı genişləndirəcək

Siyasət Materials 22 Fevral 2006 20:00 (UTC +04:00)

Azərbaycanın Qızıl Aypara Cəmiyyəti (AQAC) və Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) əməkdaşlığı genişləndirəcək. AQAC-da Trend ə bildirilib ki, bu əməkdaşlığın perspektivləri Azərbaycanın Qızıl Aypara Cəmiyyətinin prezidenti Novruzəli Aslanovla BƏƏ analoji strukturunun ianə və layihələr üzrə Baş Katibinin müavini Saleh Məhəmməd Əl-Mullanın başçılığı ilə Azərbaycanda səfərdə olan nümayəndə heyətinin görüşündə müzakirə edilib.

Görüşdə tərəflər ikitərəfli əlaqələrin möhkəmləndirilməsi, aztəminatlı və yardıma ehtiyacı olan şəxslərə hərtərəfli yardım göstərilməsi zərurətini qeyd edib.

Xatırladaq ki, BƏƏ QAC-ın nümayəndə heyəti Azərbaycana səfər çərçivəsində qaçqın və məcburi köçkünlərin kompakt yaşadığı yerlərə baş çəkib, onlara humanitar yardım göstərib. Nümayəndə heyəti Sabirabad, Saatlı, Bərdə, İmişli, Ağcabədi və Ağdam rayonlarında qaçqın və məcburi köçkünlərə humanitar yardım paylamağı planlaşdırır.

Xəbər lenti

Xəbər lenti