...

"Azadlıq" siyasi blokunun liderləri martın 1-də blokun məclisini formalaşdıracaq

Siyasət Materials 24 Fevral 2006 14:51 (UTC +04:00)

Martın 1-də "Azadlıq" siyasi bloku liderlərinin toplantısı keçiriləcək. Bu barədə Trend ə adıçəkilən blokun təsisçilərindən olan Azərbaycan Milli İstiqlal Partiyasının sədri Əli Əliyev bildirib.

Ə.Əliyev qeyd edib ki, toplantıda təşkilatı məsələlər müzakirə olunacaq. Sazişdə nəzərdə tutulan qurumların yaradılması, blokun məclisin yaradılması nəzərdə tutulub: "Partiyalar tərəfindən məclisə üzvlərin seçilməsi də müəyyənləşdiriləcək. Hər partiyadan məclisdə 25 nümayəndənin təmsil olunması nəzərdə tutulub". Növbəti fəaliyyət istiqamətlərinin də müzakirə olunacağını deyən Ə.Əliyev blokun icra qurumlarının yaradılacağı ilə bağlı fikir mübadiləsinin də aparılacağını bildirib.

Ə.Əliyev onu da əlavə edib ki, blokun məclisinə sədrlik növbəli şəkildə həyata keçiriləcək. Sazişə əsasən ildə iki dəfə məclisin rəsmi iclaslarının keçiriləcəyini deyən Ə.Əliyev lazım gələrsə növbədənkənar toplantıların keçiriləcəyini də bildirib.

Qeyd edək ki, blokun liderləri martın 1-də Milli Birlik Hərəkatının qərargahında toplanacaq.

Xəbər lenti

Xəbər lenti