...

MSK-da DSK üzvləri üçün seminar-müşavirə keçirilib

Siyasət Materials 25 Fevral 2006 11:34 (UTC +04:00)

Fevralın 25-də Azərbaycan Mərkəzi Seçki Komissiyasında (MSK) dairə seçki komissiyalarının üzvləri üçün seminar-müşavirə keçirilib. Bu barədə Trend ə MSK-dan məlumat verilib.

Seminar-müşavirədə təkrar seçkilərin keçiriləcəyi 10 seçki dairəsinin dairə seçki komissiyalarının (DSK) bütün üzvləri və sədrləri, həmçinin ölkə üzrə digər DKS-lardan nümayəndələr iştirak ediblər.

Tədbiri MSK sədri Məzahir Pənahov açıb, bu il 13 mayda keçiriləcək təkrar parlament seçkilərinə hazırlıq işləri barədə məlumat verib. Sonra MSK təmsilçiləri məruzələr edərək təkrar seçkilərə dair ayrı-ayrı mövzular üzrə DSK üzvlərini məlumatlandırıblar.

MSK-nın "Seçkilər" İnformasiya Mərkəzinin sədri İqbğal Babayev seçici siyahılarının dəqiqləşdirilməsi, seçicilərin siyahılarla tanış edilməsi mövzusunda məruzə edib. MSK-nın katibi Natiq Məmmədov təkrar seçkidə namizədlərin irəli sürülməsi, onların qeydiyyat sənədlərinin yoxlanılması, DSK-nın qeydiyyatla bağlı qərar qəbul etmə qaydaları barədə məruzə oxuyub. MSK üzvü Azər Tağıyev isə seçkiqabağı təşviqatın aparılması barədə danışıb.

Sonra məruzəçilər DSK üzvlərini maraqlandıran sualları cavablandırıblar.

Qeyd edək ki, 10 seçki dairəsi üzrə keçiriləcək təkrar parlament seçkilərinin təbliğat-təşviqat mərhələsi martın 14-dən başlayır. Hazırda namizədlərin qeydə alınması prosesi gedir.

Xəbər lenti

Xəbər lenti