...

Əli Həsən Cəfər: "Xocalı faciəsi bütün beynəlxalıq təşkilatlarda qaldırılmalıdır"

Siyasət Materials 25 Fevral 2006 14:52 (UTC +04:00)

Xocalı faciəsi bütün beynəlxalıq təşkilatlarda qaldırılmalıdır. Bu barədə Trend ə Səudiyyə Ərəbistanının Azərbaycandakı səfiri Əli Həsən Cəfər bildirib.

Səfir onu da qeyd edib ki, Səudiyyə Ərəbistanının Krallığı Ermənistanı işğalçı dövlət sayıb və Azərbaycanın tapdanmış hüquqlarının bərpasına çalışıb: "İslam aləmində baş verən bütün faciələrdə Səudiyyə Ərəbistanı öz mövqeyini bildirib və faciənin ağrısını yaşayan xalqların yanında olub. Xocalı faciəsi həm Azərbaycana, həm də Səudiyyə Ərəbistanına ağrı verən faciədir".

Əli Həsən Cəfər təmsil etdiyi dövlətin Ermənistanla münasibətlərinə də toxunub. Bildirib ki, Səudiyyə Ərəbistanı Ermənistanın Azərbaycana təcavüz etdiyinə görə onunla bütün əlaqələri kəsib: "Azərbaycanla isə bizim əlaqələrimiz daim inkişaf etməkdədir". Səfir onu da bildirib ki, Xocalı faciəsi və ümumiyyətlə Ermənistanın Azərbaycana təcavüzü ilə bağlı məlumatlar Səudiyyə Ərəbistanının bütün mətbuat orqanlarında işıqlandırılır.

Xəbər lenti

Xəbər lenti