...

Rövnəq Abdullayev: "Azərbay canın qanunlarına və ənənələrinə hörmətsizlik etmiş McDermott əməkdaşları işdən çıxarılıb"

Siyasət Materials 25 Fevral 2006 15:08 (UTC +04:00)
Rövnəq Abdullayev: "Azərbay canın qanunlarına və ənənələrinə hörmətsizlik etmiş McDermott əməkdaşları işdən çıxarılıb"

Xocalı soyqırımından bəhs edən plakatları cırmış və faciə qurbanlarının xatirəsinə hörmətsizlik etmiş McDermott Caspian Contractors şirkətinin iki əməkdaşı - Ed Stenki (sahə rəisi) və Riçard Deyvis (onun köməkçisi) işdən çıxarılıb. Trend in ATV telekanalına istinadən xəbər verdiyi kimi, bu barədə fevralın 25-də jurnalistlərə Azərbayan Dövlət Neft şirkətinin (AR DNŞ) prezidenti Rövnəq Abdullayev məlumat verib.

"Mən şirkət rəhbərliyi ilə danışmışam. Bu işçilər tutduğu vəzifədən azad edilib. Onlar yaxın reyslə vətənlərinə göndəriləcək. Azərbaycanda işləyən xarici vətəndaşlar ölkənin qanun və ənənələrinə hörmətlə yanaşmalıdır", - deyə AR DNŞ prezidenti vurğulayıb.

R.Abdullayev onu da qeyd edib ki, hazırda xarici şirkətlərdə xüsusi komissiya fəaliyyət göstərir. Bu komissiya Azərbaycan və xarici əməkdaşların faiz nisbəti məsələsinin bağlanmış müqavilələrə uyğun həlli ilə məşğuldur.

Xəbər lenti

Xəbər lenti