...

Azərbaycanın penitensiar sistemində çalışan 53 nəfər işdən azad olunub

Siyasət Materials 27 Fevral 2006 14:21 (UTC +04:00)

Azərbaycanın penitensiar sistemində çalışan 53 nəfər tutduğu vəzifədən azad olunub. Bu barədə Trend ə Ədliyyə Nazirliyi Məhkəmə Qərarlarının İcrası Baş İdarəsinin qərargah rəisi Musa Hümbətov məlumat verib.

Həmin şəxslərin fəaliyyəti araşdırılarkən onlardan 16-nın ədliyyə sistemində çalışması, ümumiyyətlə yolverilməz hesab edilib. Belə ki, qanun pozuntuları əsasən məhkumlara ayrılmış ərzaqların və dərman preparatlarının mənimsənilməsində aşkarlanıb. Bu sahədə araşdırmalar aparılarkən külli miqdarda yeyinti qeydə alınıb. Ədliyyə nazirinin əmri ilə 16 nəfər ədliyyə sistemindən uzaqlaşdırılıb. 9 nəfər barəsində isə cinayət işi başlanıb və onların əməlləri Respublika Prokurorluğunun Ağır Cinayətlərə dair İşlər üzrə İstintaq İdarəsi tərəfindən istintaq edildikdən sonra iş materialları məhkəmə baxışına verilib.

Xəbər lenti

Xəbər lenti