...

BMT-nin nümayəndəsi Azərbaycanda mövcud olan dini dözümlülükdən məmnun qalıb

Siyasət Materials 1 Mart 2006 20:21 (UTC +04:00)

Azərbaycanda səfərdə olan BMT-nin İnsan Hüquqları Komissiyasının din və əqidə azadlığı üzrə məruzəçisi Asma Cahangir martın 1-də ədliyyə nazri Fikrət Məmmədovla görüşüb. Trend xəbər verir ki, görüşdə Azərbaycanda din və əqidə azadlıqlarının təmin edilməsi məsələləri müzakirə olunub.

Ədliyyə nazri ölkədə uğurla həyata keçirilən demokratik islahatlar, ictimai həyatın bütün sahələrini əhatə edən mütərəqqi dəyişikliklər, insan haqlarının, o, cümlədən vətəndaşların din və əqidə azadlıqlarının təmin edilməsinə yönələn qanunların qəbul olunması və praktiki tədbirlər barədə məlumat verib.

Bakıda keçirdiyi görüşlərdən danışan Asma Cahangir Azərbaycanda mövcud olan dini dözümlülükdən məmnun qaldığını bildirib. Din və əqidə azadlığının təmin olunması sahəsində həyata keçirilən tədbirləri müsbət qiymətləndirən qonaq təmsil etdiyi qurumun məhkəmə-hüquq islahatlarına böyük maraq göstərdiyini vurğulayaraq, Azərbaycanda bu sahədə görülən işləri yüksək dəyərləndirib.

Xəbər lenti

Xəbər lenti