...

Hökumət Fondel Metal –la şirkətin investisiya proqramı üzrə öhdəliklərin yerinə yetirilməsi vəziyyətini müzakirə edir

Siyasət Materials 2 Mart 2006 14:28 (UTC +04:00)
Hökumət Fondel Metal –la şirkətin investisiya proqramı üzrə öhdəliklərin yerinə yetirilməsi vəziyyətini müzakirə edir

İqtisadi İnkişaf Nazirliyi (İİN) və Dövlət Əmlakının idarə olunması üzrə Dövlət Komisəti Fondel Metal-ı investisiya proqramı üzrə şirkətin öhdəlikləri y erinə yetirməsi ilə bağlı müzakirələrə dəvət edib. Trend in məlumatına görə, bu barədə martın 2-də iqtisadi inkişaf naziri Heydər Babayev məlumat verib.

Onun sözlərinə görə, hökumət "bəzi bəndlərinin bizi təmin etməyən" müqavilə üzrə işləri davam etdirir. " Müqavilə şərtlərindən bir neçəsi qənaətbəxş tərtib olunmayıb və Azərbaycanın maraqlarına müvafiq deyil. Eləcə də, müqavilənin pozulacağı halda əvvəllər qoyulan investisiyaların qaytarılmasını nəzərdə tutan bənd də buraya daxildir. "Hazırda bu məsələlər üzərində hüquqşünaslar işləyir",- deyə H.Babayev bildirib.

Onun sözlərinə görə, Fondel Metal investisiya larla bağlı şərtləri yerinə yetirmir və bununla əlaqədar İİN investisiya proqramının yerinə yetiriməməsinin səbəbəini aydınlaşdırmağa çalışır. "Biz istəyirik ki, Fondel Metal bizə vəziyyəti aydınlaşdırsın və yalnız bundan sonra şirkətin müqavilə üzrə fəaliyyətinin davam etdirilməsi və ya müqavilənin pozulması məsələsi həll oluna bilər", - deyə o bildirib.

H.Babayevin sözlərinə görə, hazırda Rusiyanın "Russkiy alöminiy" şirkətinin təklifləri nəzərdən keçirilir. "Artıq ilkin görüşlər keçirilib və biz onların Azərbaycanda alüminium zavodunun tikintisi ilə bağlı təkliflərini müsbət qiymətləndiririk", - deyə nazir qeyd edib. Yaxın vaxtlarda şirkətin texniki nümayəndə heyətinin gəlişi gözlənilir.

"Təcrübədə ilk dəfə olaraq biz müxtəlif idarələrin nümayəndələrindən təşkil olunan komissiya əsasında qərar qəbul etmək istəyirik. Rusiya şirkətinin təkliflərində bir sıra aydın olmayan anlar var və onlara nümayəndə heyətinin səfəri gedişində baxılacaq", -deyə o bildirib.

""Russkiy alöminiy" şirkəti ilə danışıqları Fondel Metal -la olan vəziyyətlə eyniləşdirmək olmaz. "Russkiy alöminiy" dünya şöhrətli şirkətdir və onun Azərbaycana gəlişi bu ölkənin iqtisadiyyatına böyük töhvə gətirəcək",- deyə nazir bildirib.

Xəbər lenti

Xəbər lenti