...

Bakı Şəhər İcra Hakimiyyəti "AXCP-klassiklər"ə Xətai adına Mədəniyyət Sarayında qurultay keçirməyə icazə verib

Siyasət Materials 2 Mart 2006 18:00 (UTC +04:00)

Bakı Şəhər İcra Hakimiyyəti martın 2-də Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) "Klassiklər" qanadının müraciətinə cavab verib. Bu barədə Trend ə partiyadan məlumat verilib.

Qeyd edək ki, partiyanın martın 26-da keçiriləcək qurultayına yer ayrılması üçün paytaxt rəhbərliyinə müraciət edilmiş, bununla bağlı Heydər Əliyev adına Sraya və Şəhriyar adına Mədəniyyət Sarayı təklif olunmuşdur. Lakin Bakı Şəhər İcra Hakimiyyəti partiyaya cavab məktubunda qurultayın Xətai adına Mədəniyyət Sarayında keçirilməsini təklif edib və martın 26-da orada toplanmağa razılıq verib.

AXCP-"klassiklər"dən bildirilib ki, Bakı Şəhər İcra Hakimiyyətinin təklifini qəbul edərək qurultayı Xətai adına Mədəniyyət Srayında keçirəcəklər.

Xəbər lenti

Xəbər lenti