...

İsgəndər Həmidov: "Aynur Camalqızına müavinim olması barədə heç bir təklif etməmişəm"

Siyasət Materials 4 Mart 2006 12:48 (UTC +04:00)

"Aynur Camalqızını partiyada sədr müavini vəzifəsinə dəvət etməyim barədə yayılan məlumatlar həqiqətə uyğun deyil". Bu fikirləri Trend ə açıqlamasında Azərbaycan Milli Demokrat (Boz Qurd) Partiyasının sədri İsgəndər Həmidov bildirib.

Qeyd edək ki, bəzi mətbu orqanlarnda Müsavat Partiyasının keçmiş üzvü, millət vəkili Aynur Camalqızının İsgəndər Həmidov tərəfindən onun partiyasına sədr müavinlyinə dəvət edildiyi barədə məlumat yayılıb. İ.Həmidov bunu təkzib edərək A.Camalqızı ilə heç bir münasibətinin olmadığını və ona heç bir təklif etmədiyini deyib.

İsgəndər Həmidov onu da bildirib ki, Azərbaycan Milli Demokrat Partiyasının dövlət qeydiyyatına alınması tələbi ilə Ədliyyə Nazirliyinin qarşısında piketləri davam etdirəcəklər. O qeyd edib ki, partiyanın ayda bir dəfə belə aksiyaların keçirilməsinə dair qərarı var. Ona görə də martın 17-dən sonra Ədliyyə Nazirliyinin binası qarşısında növbəti piket keçirilməsi ilə bağlı Bakı Şəhər İcra Hakimiyyətinə müraciət ediləcək.

Xəbər lenti

Xəbər lenti