...

Əli Əliyev: "Azadlıq" blokunun Mərkəzi Seçki Qərargahı və icra qurumları yaradılacaq

Siyasət Materials 6 Mart 2006 17:13 (UTC +04:00)

"Azadlıq" siyasi bloku Ali Məclisinin martın 16-da keçiriləcək ilk iclasında blokun 6 aylıq fəaliyyət planı təsdiqlənəcək, təşkilati işlərə dair bir sıra qərarlar qəbul olunacaq. Bu barədə Trend ə blokun həmsədri Əli Əliyev məlumat verib. O, bildirib ki, martın 7-də blokun Sədrlər Şurasının iclası keçiriləcək və burada Ali Məclisin gündəliyi müzakirə edilərək təsdiqlənəcək.

Əli Əliyev qeyd edib ki, "Azadlıq" blokunun partiyalarüstü qurumlarının yaradılması nəzərdə tutulub. Həmçinin blokun vahid Mərkəzi Seçki Qərargahının, burada fəaliyyət göstərəcək icra qurumlarının və seçki şəbəkəsinin formalaşdırılması da gözlənilir.

Ə.Əliyevin sözlərinə görə, bu qurumlar blokun təşkilati, təbliğati işləri, blokdakı partiyaların rayon təşkilatlarının fəaliyyətlərinin əlaqələndirilməsi, həmçinin qarşıdan gələcək bütün seçkilərə hazırlıq işləri ilə məşğul olacaq. Blokun İcra aparatının fəaliyyət göstərməsi üçün mərkəzi ofis-qərargahın ayrılması da gözlənilir.

Xəbər lenti

Xəbər lenti