...

"Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun tətbiqinə dair fərman imzalanıb

Siyasət Materials 7 Mart 2006 11:30 (UTC +04:00)

Trend in xəbər verdiyi kimi, prezident İlham Əliyev "Əmək pensiyaları haqqında" qanunun tətbiqinə dair fərman imzalayıb.

Fərmanda bildirilir ki, bu qanunun qüvvəyə minməsi ilə əlaqədar Nazirlər Kabinetinə iki ay ərzində qüvvədə olan qanunvericilik aktlarının "Əmək pensiyaları haqqında" Qanuna uyğunlaşdırılmasına dair təkliflər hazırlayaraq prezidentə təqdim etmək, Nazirlər Kabineti və müvafiq mərkəzi icra hakimiyyəti orqanlarının normativ-hüquqi aktlarının bu qanuna uyğunlaşdırılmasını təmin etmək və bu barədə prezidentə məlumat vermək, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısını təsdiqləmək, mülki aviasiya uçuş və uçuş-sınaq heyətində işləyənlərin sığorta stajlarının hesablanması qaydalarını təsdiqləmək, bu qanunun pozulmasına görə məsuliyyət növlərini müəyyən edən qanunvericilik aktının layihəsini hazırlamaq tapşırılır.

Məcburi dövlət sosial sığorta olunan şəxslər üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 50 faizi onların fərdi hesablarının sığorta hissəsində qeydə alınır.

Yaşa görə əmək pensiyasının baza hissəsinin məbləği 1 yanvar 2006-cı il tarixindən 25 manat təşkil edir. Gözlənilən pensiya ödənişi müddəti 144 ay (12 il) nəzərdə tutulur.

Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fonduna işləməyən və işləyən əmək pensiyaçılarının hər biri üçün onların mövcud pensiya - müavinət məbləğlərinin "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun müddəalarına uyğun şərti çevrilməsini aparmaqla, bu əsasda yeni sənədləşmənin tərtibini, əvvəlki pensiya işlərinin isə mərkəzləşdirilmiş qaydada arxivləşdirilərək elektron uçotunun qurulmasını 2006-cı ilin sonunadək başa çatdırmaq tapşırılır.

Xəbər lenti

Xəbər lenti