...

İlham Əliyev Azərbaycan qadınlarını 8 Mart bayramı münasibətilə təbrik edib

Siyasət Materials 7 Mart 2006 17:16 (UTC +04:00)

Trend-i buradan izləyin

Azərbaycan prezidenti İlham Əliyev Azərbaycan qadınlarını 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə təbrik edib. Trend in verdiyi xəbərə görə, dövlət başçısının təbrik məktubunda Azərbaycan qadınının milli-mənəvi dəyərlər sisteminin formalaşmasında və inkişafında istisnasız rolunu qeyd edib.

"Dərin mədəni irsə malik xalq kimi Azərbaycan xalqı həmişə qadının ailədə və cəmiyyətdəki roluna hörmətlə yanaşıb. Elm, mədəniyyət, səhiyyə və digər sahələrdə uğurlar qadınlarımızını necə yüksək potensiala malik olduqlarını göstərir", - deyə məktubda bildirilir.

İlham Əliyev Azərbaycan qadınının öhdəsinə düşən vəzifələrlə yanaşı, gənc nəslin doğma torpağa, milli dövlətçiliyə, azərbaycançılıq ideyalarına sədaqət ruhunda tərbiyəsinə daha çox diqqət yetirəcəyinə, xalqa və cəmiyyətə layiqli övladlar yetişdirmək naminə var qüvvəsini sərf edəcəyinə ümidvar olduğunu bildirib.

Xəbər lenti

Xəbər lenti