...

Martın 16-17-də Bakıda ATƏT-in 14-cü iqtisadi forumuna hazırlıqla bağlı beynəlxalq konfrans keçiriləcək

Siyasət Materials 10 Mart 2006 11:33 (UTC +04:00)

Martın 16-17-də Bakıda ATƏT-ə üzv dövlətlərin 14-cü iqtisadi forumuna hazırlıqla bağlı beynəlxalq konfrans keçiriləcək. Təşkilatın Bakı ofisindən Trend ə verilən məlumata görə, ATƏT çərçivəsində nəqliyyat təhlükəsizliyi sahəsində risklərin aradan qaldırılması məsələsinin əsas müzakirə mövzusu olacağı konfransda 100-dən çox xarici qonaq iştirak edəcək.

Konfransın işində ATƏT-in fəaliyyətdə olan sədrinin nümayəndəsi, təşkilatın iqtisadiyyat və ətraf mühit sahəsində əlaqələndiricisi, BMT-nin ekspertləri iştirak edəcək.

Belə miqyaslı konfrans Bakıda ilk dəfədir keçirilir, tədbir isə 2006-cı ilin mayında Praqada keçirilməsi nəzərdə tutulan ATƏT-in 14-cü iqtisadi forumu çərçivəsində 3 hazırlıq tədbirlərindən biridir.

Ofisin mətbuat xidmətinin rəhbəri Ülvi Axundlu qeyd edib ki, konfransda iştirak etmək üçün təşkilatın 55 üzvünə, o cümlədən Ermənistan nümayəndələrinə də dəvət ünvanlanıb. "Konfrans ATƏT tərəfindən keçirilir və təşkilat rəhbərliyi bütün üzv dövlətlərə dəvət ünvanlayıb. Bununla yanaşı, Ermənistan nümayəndələrinin Bakıda keçiriləcək konfransda iştirakla bağlı verdiyi cavaba dair məndə heç bir məlumat yoxdur", - deyə o, sonda bildirib.

Xəbər lenti

Xəbər lenti