...

Ramiz Həsənov: Azərbaycanın yeyinti sənayesində nöqsanlar müşahidə olunur

Siyasət Materials 10 Mart 2006 20:22 (UTC +04:00)
Ramiz Həsənov: Azərbaycanın yeyinti sənayesində nöqsanlar müşahidə olunur

Azərbaycanın yeyinti sənayesində nöqsanlar vardır. Trend bildirir ki, martın 10-da Azərbaycanın standartlaşdırma, metrologiya və patentlər Agentliyinin rəhbəri Ramiz Həsənov bu barədə jurnalistlərə bəyan edib.

Onun sözlərinə görə, Agentlik sular, içkilər, kolbasa məmulatları istehsal edilən müəssisələrdə yoxlamalar aparır, sənaye obyektlərində analoji işlər həyata keçirir.

"2006-cı ilin yanvarından bizə heç bir keyfiyyət sertifikatı verilməyib" -deyə R.Həsənov qeyd edib. Bu dövr ərzində demək olar ki, dövlət strukturunun mütəxəssisləri tərəfindən araşdırma aparılan 150 şirkətdə sertifikatların fəaliyyət müddəti dayandırılıb.

Qanunvericiliyə əsasən, müəssisələrə istehsal səviyyəsinin yaxşılaşdırılması imkanı verilir və bundan sonra təkrar araşdırma işləri aparılır, yaxşılaşdırma halları müşahidə edilərsə, onlara sertifikatlar verilir.

"Agentlik quş ətindən kolbasa məmulatları istehsal edən müəssisələri nəzarət altında saxlayır və götürülmüş nümunələr bizim müasir avadanlıqla təchiz edilmiş xüsusi laboratoriyamızda təhlil edilir" -deyə o sonda bildirib.

Xəbər lenti

Xəbər lenti