...

Hərbi komissarlıqların 60-a yaxın vəzifəli əməkdaşı cinayət məsuliyyətinə cəlb olunub

Siyasət Materials 13 Mart 2006 17:07 (UTC +04:00)

Ötən il Bakının Nəsimi, Əzizbəyov, regionlardan isə Qubadlı və İmişli rayon hərbi komissarlıqlarının ümumilikdə 60-a yaxın yüksək vəzifəli əməkdaşı cinayət məsuliyyətinə cəlb olunub. Bu barədə Trend ə Azərbaycan Respublikası Hərbi Prokurorluğunun mətbuat xidmətinin rəhbəri Əfrahim Təhməzov məlumat verilib.

Hərbi xidmət əleyhinə, hərbi xidmətdən yayınma, fərarilik, hərbi hissəni və ya xidmət yerini özbaşına tərketmə cinayətlərinin sayı azalıb. Baş vermiş cinayət faktlarının əksəriyyətinin, həmçinin bir neçə il açılmamış qalan 9 qəsdən adamöldürmə cinayətinin də üstü istintaq orqanları tərəfindən açılıb.

Hərbi məhkəmədə hərbi qulluqçularla bağlı çıxarılmış məhkəmə hökmlərindən 39-u barədə apellyasiya şikayəti verilib. Həmin şikayətlərin, demək olar ki, 50 faizə yaxını təmin olunub və təqsirləndirilən şəxslərə verilən cəzalar nisbətən yüngülləşdirilib.

Hərbi Prokurorluq tərəfindən cinayət işləri üzrə təqsirləndirilən 72 şəxs barədə İnterpol vasitəsi ilə axtarış elan edilib.

Xəbər lenti

Xəbər lenti