...

Azərbaycan prezidenti ABŞ dövlət katibinin müavini Deniel Fridi qəbul edib

Siyasət Materials 14 Mart 2006 16:38 (UTC +04:00)

Trend bildirir ki, Azərbaycan prezidenti İlham Əliyev martın 14-də ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə müavini Deniel Fridi qəbul edib.

Görüşdə Amerika-Azərbaycan ikitərəfli münasibətlərinin müxtəlif aspektləri ilə bağlı fikir mübadiləsi aparılıb.

D.Frid Bakıya martın 13-də, axşam saatlarında gəlib və görüş proqramına Azərbaycan prezidenti ilə yanaşı xarici işlər naziri, sahibkarlar və ictimaiyyətin nümayəndələri ilə görüşlər də daxildir. Martın 14-də axşam səfər başa çatır.

Xəbər lenti

Xəbər lenti