...

Azərbaycan prezidenti həqiqi hərbi xidmətə çağırışla bağlı fərman imzalayıb

Siyasət Materials 17 Mart 2006 18:45 (UTC +04:00)

Azərbaycan prezidenti İlham Əliyev martın 17-də 2006-cı il aprelin 1-dən 20-nə kimi həqiqi hərbi xidmətə çağırılma və müddətli həqiqi hərbi xidmət qulluqçularının ehtiyata buraxılma haqda fərman imzalayıb.

"Tpend"in verdiyi məlumata görə, həqiqi hərbi xidmətə 1988-ci ildə anadan olmuş və çağırış günü 18 yaşı tamam olmuş Azərbaycan vətəndaşları, eləcə də 1971-1987 -ci il təvəllüdlü, yaşı 35-ə qədər olan, hərbi xidmətə çağırışdan möhlət hüququ olmayan vətəndaşlar çağırılırlar.

Fərmana əsasən, "Hərbi xidmət haqqında" Azərbaycan Respublikasının qanununda nəzərdə tutulan xidmət müddətini keçmiş əsgər, matros və çavuşlar aprelin 1-dən 20-nə kimi ehtiyata buraxılacaq.

Xəbər lenti

Xəbər lenti