...

Spiker Avropa Şurasının İnsan Haqları və Hüquq Məsələləri Komitəsi sədrinin müavinini qəbul edib

Siyasət Materials 22 Mart 2006 20:27 (UTC +04:00)

Milli Məclisin sədri Oqtay Əsədov martın 22-də Avropa Şurasının İnsan Haqları və Hüquq Məsələləri Komitəsi sədrinin müavini, Assambleyanın Monitorinq komitəsinin üzvü Eduard Lintneri qəbul edib. Trend xəbər verir ki, görüşdə Avropa Şurası ilə Azərbaycan arasındakı münasibətlər müzakirə olunub.

Spiker AŞPA-nın qış sessiyasında Azərbaycanla bağlı məsələnin müzakirəsində Azərbaycanın nümayəndə heyətinə dəstək verdiyinə görə E.Lintnerə öz təşəkkürünü bildirib. E.Lintner mayın 13-də parlamentə keçiriləcək təkrar seçkilərə hazırlıqla maraqlındığını deyib. Spiker bu seçkilərin də şəffaf və demokratik keçiriləcəyini avropalı qonağın diqqətinə çatdırıb. Görüşdə digər məsələlərlə də bağlı fikir mübadiləsi aparılıb.

Xəbər lenti

Xəbər lenti