...

Avropa Şurasının nümayəndəsi Azərbaycanda seçkiqabağı vəziyyətdən razıdır

Siyasət Materials 23 Mart 2006 12:31 (UTC +04:00)

Azərbaycanda səfərdə olan Avropa Şurası İnsan Haqları və Hüquqi Məsələlər Komitəsinin sədr müavini, AŞ Monitorinq Komitəsinin üzvü Eduard Lintner təkrar parlament seçkisi ərəfəsində mövcud vəziyyətdən razıdır. Trend in məlumatına görə, bu fikirlərini ANS-ə açıqlamasında Eduard Lintner bildirib.

O, hesab edir ki, 13 mayda keçiriləcək təkrar parlament seçkiləri Azərbaycanın demokratik seçki keçirmək iqtidarında olduğunu nümayiş etdirməsi üçün bir şansdır: "Mən Azərbaycandan müsbət təəssüratlarla ayrılıram. Son parlament seçkisindən sonra Avropa Şurasının hökumətə vəziyyətin yaxşılaşdırılması ilə bağlı verdiyi tövsiyəyə əməl olunub. Mənim fikrimcə, hökumət də başa düşür ki, bu seçki Azərbaycanın demokratik seçki keçirmək iqtidarında olduğunu bütün dünyaya nümayiş etdirməsi üçün gözəl şansdır. Avropa Şurası da bunda maraqlıdır və bu prosesdə fəal iştirak etmək üçün seçkiqabağı dövr üçün fəaliyyət planı hazırlayaraq hökumətə təqdim edib".

Xəbər lenti

Xəbər lenti