...

Azərbaycanla İtaliyanın ədliyyə nazirlikləri arasında icra protokolu imzalanıb

Siyasət Materials 30 Mart 2006 11:44 (UTC +04:00)

Martın 30-da Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin mərkəzi aparatında Azərbaycanla İtaliyanın ədliyyə nazirlikləri arasında əməkdaşlıq haqqında anlaşma memorandumunun həyata keçirilməsi üzrə icra protokolu imzalanıb. Trend xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Azərbaycanın ədliyyə naziri Fikrət Məmmədov İtaliyanın ədliyyə naziri Roberto Kastelli ilə görüşündə qonağın nəzərinə çatdırıb ki, iki dövlət arasında dostluq əlaqələrinin və səmərəli əməkdaşlıq uğurla inkişaf edir. Qonağa ölkəmizdə həyata keçirilən demokratik dəyişikliklər, o cümlədən məhkəmə-hüquq sahəsində mütərəqqi islahatlar barədə ətraflı məlumat verilib, əməkdaşlıq persperktivləri geniş müzakirə olunub.

Səmimi qəbula görə təşəkkür edən Roberto Kastelli İtaliyanın Azərbaycanla hərtərəfli, eləcə də hüquqi sahədə əməkdaşlığa mühüm önəm verdiyini vurğulayıb və ölkəmizdə həyata keçirilən ishalatları yüksək qiymətləndirib. O, ədliyyə və məhkəmə fəaliyyəti sahəsində əməkdaşlığın, təcrübə mübadiləsinin əhəmiyyətini vurğulayıb.

Sonra iki ölkənin Ədliyyə Nazirlikləri arasnıda əməkdaşlıq haqqında anlaşma memorandumunun həyata keçirilməsi üzrə İcra protokolunun imzalanması mərasimi olub. Sənəddə ədliyyə fəaliyyətinin müxtəlif sahələri, o cümlədən məhkəmə qərarlarının icrası və penitensiar sistem üzrə təcrübə mübadiləsi, informasiya texnologiyalarının tətbiqi sahəsində əməkdaşlıq və digər tədbirlər nəzərdə tutulub.

Mərasimdə çıxış edən nazirlər hər iki dövlətin hüquqi sahədə əməkdaşlığın inkişafında və daha daha da möhkəmləndirilməsində maraqlı olduğunu qeyd edərək, imzalanmış sənədin rolunu vurğulayıblar.

Tədbirdən sonra qonaqlar Nazirlikdə Heydər Əliyev muzeyi və ədliyyə tarixi muzeyi, habelə səfərlə bağlı hazırlanmış və Azərbaycan-İtaliya əməkdaşlığını əks etdirən ekspozisiyalarla tanış olub.

Xəbər lenti

Xəbər lenti