...

"Azadlıq" blokunun liderləri ATƏT-in Bakı ofisinin rəhbərliyi ilə görüşüb

Siyasət Materials 30 Mart 2006 15:20 (UTC +04:00)

Martın 30-da "Azadlıq" blokunun liderləri ATƏT-in Bakı ofisində görüş keçiriblər. Trend in məlumatına görə, görüşdə blokun həmsədrləri Əli Kərimli, Sərdar Cəlaloğlu, Lalə Şövkət və Əli Əliyev, ATƏT-in Azərbaycandakı nümayəndəliyinin rəhbəri Maurisio Pavesi, seçkilər üzrə məsləhətlçisi Conatan Ston Strit və seçkilər departamentinin rəhbəri Gerart Mitçel iştirak edib.

Görüş barədə məlumat verən Sərdar Cəlaloğlu bildirib ki, təkrar parlament seçkiləri, ötən ilki seçkidən sonra ölkədə yaranmış vəziyyət ətrafında fikir mübadiləsi aparılıb: "ATƏT-in seçkilərlə bağlı hesabatı, bu qurumun Azərbaycan hökumətinə verdiyi tövsiyələri ilə əlaqədar bizim rəyimizi öyrəndilər. Blok liderləri Azərbaycanda mövcud şəraitdə baş verənləri ətraflı, obyktiv şəkildə onların diqqətinə çatdırdı. ATƏT nümayəndələri də bizim fikirlərimizi bölüşərək bu qurumun seçki ilə bağlı tövsiyələrinin yerinə yetirilmədiyini bildirdilər. Qeyd etdilər ki, 13 mayda keçiriləcək parlament seçkilərini müşahidə edib-etməmək barədə düşünürlər".

Xəbər lenti

Xəbər lenti