...

Azərbaycan BMT-nin fövqəladə vəziyyətlər üzrə Mərkəzi Fonduna $20 min vəsait köçürüb

Siyasət Materials 31 Mart 2006 12:37 (UTC +04:00)

Azərbaycan hökuməti yeni yaradılan BMT-nin fövqəladə vəziyyətlər üzrə Mərkəzi Fondunun büdcəsinə $20 min vəsait köçürüb. Bu barədə "Trendə" Azərbaycanın XİN-dən məlumat verilib.

Martda yaradılan Fond humanitar fəlakətlər zamanı xilasetmə işlərinin görülməsi və maddi yardımın çatdırılmasını təmin edəcək. Fondun vəsaitlərinin üçdə biri donorların və beynəlxalq təşkilatların diqqətindən kənarda qalan humanitar böhranlara yönəlib. Hazırda Fondun donorları arasında dünyanın 39 ölkəsi var. Siyahıya fondun hesabına $70 mln. vəsait köçürən Böyük Britaniya başçılıq edir. Mərkəzi və Şərqi Avropadan isə donorlar siyahısına Azərbaycan, Estoniya, Xorvatiya və Ermənistan daxildir.

Xəbər lenti

Xəbər lenti