...

Hüseyn Bağırov: Dünya Bankı meşə salınması layihəsinin gerçəkləşməsi üçün donor axtarır

Siyasət Materials 31 Mart 2006 13:02 (UTC +04:00)
Hüseyn Bağırov: Dünya Bankı meşə salınması layihəsinin gerçəkləşməsi üçün donor axtarır

Ekologiya və Təbii ehtiyatlar Nazirliyi 6 min hektar sahədə meşələrin əkilməsi üzrə layihə hazırlayıb və bu da atmosferə karbon qazı tullantıları probleminin qismən həll edilməsinə imkan verəcək. Trend in məlumatına görə, bu barədə martın 31-də ekologiya naziri Hüseyn Bağırov jurnalistlərə bildirib. Dünya Bankının karbon maliyyəsi üzrə bu günkü seminarında nazir banka donorların axtarışına yardımla əlaqədar müraciət edib.

Layihənin dəyəri $35 mln manat təşkil edir. H.Bağırovun sözlərinə görə, layihə dünya təcrübəsində aparılan xərcləri çıxmaqla, məhz beynəlxalq standartlara müvafiq olaraq qiymətləndirilib. Lakin nazir onun dəyərinin 5-6 dəfə aşağı düşəcəyi ehtimalını da istisna etmir.

Yeni layihə dövlət fondunun ərazisində, məhz Göyçay, Zaqatalada salınması nəzərdə tutulub. Bu zaman ağacların gövdələrinin havadan udulan karbon qazından ibarət olduğuna görə bu meşələrin heç vaxt qırılmayacağı barədə öhdəlik götürüləcək.

Xəbər lenti

Xəbər lenti