...

ABŞ və Azərbaycan əməkdaşlığın genişləndirilməsinə hazırdır

Siyasət Materials 1 Aprel 2006 10:56 (UTC +04:00)

ABŞ və Azərbaycan müdafiə və təhlükəsizlik sahəsində əməkdaşlığın genişləndirilməsinə hazır olduqlarını qeyd ediblər. Trend in ABŞ Dövlət Departamentinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, bu barədə bu həftə Vaşinqtonda keçirilən "ikitərəfli siyasi-hərbi danışıqların" gedişində bəyan edilib. Danışıqlarda ABŞ tərəfdən dövlət katibinin hərbi-siyasi məsələlər üzrə müavini Con Hillenun rəhbərlik etdiyi nümayəndə heyəti, Azərbaycan tərəfdən xarici işlər nazirinin müavini Araz Əzimovun başçılıq etdiyi nümayəndə heyəti iştirak edib.

Qeyd edək ki, C.Hillen Azərbaycana "terrorizmlə mübarizədə verdiyi əhəmiyyətli töhvəyə" görə minnətdarlığını bildirib. Dövlət Departamentinin mətbuat xidmətindən bildirilir ki, "tərəflər təhlükəsizlik və müdafiə məsələlərinin geniş dairəsini müzakirə ediblər, eləcə də əməkdaşlığın inkişafına ümumi bağlılıqlarını qeyd ediblər ". Bu barədə RİA "Novosti" məlumat yayıb.

Xəbər lenti

Xəbər lenti