...

Məleykə Abbaszadə: "81 namizəd Dövlət Əmlakının İdarə edilməsi üzrə Dövlət Komitəsinə işə qəbul üçün imtahan verib"

Siyasət Materials 1 Aprel 2006 12:18 (UTC +04:00)
Məleykə Abbaszadə: "81 namizəd Dövlət Əmlakının İdarə edilməsi üzrə Dövlət Komitəsinə işə qəbul üçün imtahan verib"

"81 namizəd Dövlət Əmlakının İdarə edilməsi üzrə Dövlət Komitəsinə işə qəbul üçün imtahan verib". İmtahan aprelin 1-də Tələbə Qəbulu üzrə Dövlət Komissiyası tərəfindən keçirilib. Trend in xəbər verdiyi kimi, bu barədə TQDK-nın sədri Məleykə Abbaszadə imtahanlarla bağlı keçirilmiş brifinqdə bildirib. Namizədlərin 17-si qadın, 64-ü kişidir. Namizədlər baş məsləhətçi, aparıcı məsləhətçi və böyük məsləhətçi vəzifələri üzrə vakant yerlərə imtahan verib. İştirakçılar imtahanda 100 sualı cavablandırıb. Hər düzgün cavab 1 balla qiymətləndirilir. 80 bal toplamış namizədlər ikinci turda da iştirak edəcək. M.Abbaszadənin sözlərinə görə, imtahanların nəticələri günün sonunda məlum olacaq və TQDK-nın saytında yerləşdiriləcək.

Onun sözlərinə görə, yaxın vaxtlarda komitə Səhiyyə Nazirliyi və Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Agentliyində vakant vəzifələrə analoji imtahanlar keçirməyi planlaşdırılır. İmtahanlar "Dövlət qulluğu haqqında" qanuna əsasən keçirilir.

Yaxın vaxtlarda TQDK magistratura və bakalav dərəcələrinə qəbulla bağlı hazırlıq işlərinə başlaycaq.

Xəbər lenti

Xəbər lenti